İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi

İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi
SOSİAL
15:54 02.03.2026
391

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.

"Qafqazinfo” xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:

Adi ipoteka kreditləri üzrə 5 mart saat 11:00-dan etibarən,

Güzəştli ipoteka kreditləri üzrə 6 mart saat 11:00-dan etibarən.

Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.

Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət” portalının və "mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib. 

OXŞAR XƏBƏRLƏR