İqbal Ağazadə də prezidentliyə namizəd oldu

İqbal Ağazadə də prezidentliyə namizəd oldu
15:20 16.03.2013
1786

Ümid Partiyasının mərkəzi qərərgahında Ali Məclisin iclası keçirilib. 

Toplantıda partiya sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi ilə bağlı səsvermə keçirilib. Ali Məclis İ. Ağazadənin namizədliyini dəstəkləyib və tövsiyə edib.

Partiya sədri iştirakçıların alqışları altında seçki mesajını verib: "Biz keçən seçkilərdə demişdik ki, bu hakimiyyət bacarmayacaq. Xalqın problemlərini həll edə bilməyəcək. Bu gün görürük ki, haqlıydıq. İndi isə deyirik ki, növbəti 5 ildə daha ağır vəziyyətdə yaşamaq istəmirsinizsə bu iqtidarı dəyişin və bizə səs verin". (musavat.com)

OXŞAR XƏBƏRLƏR