İqbal Hüseynov vəzifəsindən azad olundu

İqbal Hüseynov vəzifəsindən azad olundu
SOSİAL
16:03 15.01.2026
1257
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov vəzifəsindən azad olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR