İqbal Məmmədovun “Relax”ı əl dəyişdirir?

İqbal Məmmədovun “Relax”ı əl dəyişdirir?
SOSİAL
14:30 30.08.2024
238
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus olan "Relax” İstirahət Mərkəzinin əl dəyişdirəcəyi deyilir.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, yay mövsümü bitdikdən sonra Lerikdə yerləşən "Relax”ın fəaliyyəti yeni yaradılcaq törəmə şirkəti tərəfindən qurulacaq.

Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək. Hazırda müəssisədə təhvil-təslim işlərinin aparılması üçün proseslər gedir.

İqbal Məmmədov bu ilin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının siyahısından kənarda saxlanılıb.

Deputatlığı müddətində İqbal Məmmədovun adı müxtəlif qalmaqallarda hallanıb. Onunla bağlı ən qalmaqallı xəbər ləğv edilən Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının "Relax”da operativ vergi nəzarəti tədbirləri keçirmək istəyərkən onun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları tərəfindən döyülmələri olub.

Daha bir qalmaqallı xəbər isə "Relax”da çayçı işləyən Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyitinin işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilməsi olub.

2017-ci ildə sabiq deputata məxsus "Lerik Broyler” MMC-də baş verən partlayış nəticəsində Vüqar Abbasov adlı şəxs ölüb, xeyli sayda insan yaralanıb.

İqbal Məmmədov bir milyon manat dəyəri olan mənzillərinin əlindən alınması, həmçinin müxtəlif fotolarla şantaj edilməsi ilə də gündəmə gəlib.

Hazırda İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla vergi borcu var. Onun qardaşı və qohumlarının rəhbərlik etdiyi şirkətlərin vergi borcu 10 milyon manatdan çoxdur.

Belə ki, "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin 9.393.819,13 manat, "Lerik Broyler” MMC-nin 22.560,79 manat, həmçinin digər şirkətlərinin də külli miqdarda vergi borcu var.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib