İqlim dəyişikliyi tibbi fəlakətlərə səbəb ola bilər - XƏBƏRDARLIQ

MARAQLI
23:58 21.05.2023
426

Dünyanın əksər ölkələri iqlim böhranı fonunda tibbi fəlakətlərə hazırlaşmağa başlayıb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, "Eko-Biznes"in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı qlobal istiləşmə ilə əlaqədar ciddi sağlamlıq problemləri gözləyir.

Beynəlxalq təşkilatın məlumatına görə, dövlətlərin 90 faizi qlobal istiləşmə ilə mübarizə planlarına sağlamlıq təhlükələrini daxil edib. Ekspertlər qeyd ediblər ki, 2020-ci ildə bu rəqəm daha aşağı olub. O zaman dövlətlərin 70 faizi sağlamlıq riskləri haqqında düşünürdü.

ÜST-nin ictimai səhiyyə və ətraf mühit üzrə rəhbəri Mariya Neyra bildirib ki, iqlim dəyişikliyi qida, su, sığınacaq və təmiz hava daxil olmaqla, əsas parametrləri təhdid edir. Mütəxəssislərin fikrincə, səlahiyyətlilər üçün adekvat şəkildə bunu etmək çətin ola bilər.

OXŞAR XƏBƏRLƏR