İqtidardan Əli Kərimliyə - şok təklif

SİYASƏT
00:45 08.06.2013
3482
“Azadlıq”radiosuna debata çağırıram, cəsarəti varsa gəlsin”“Bundan sonra yüz Milli Şura da yaransa fərq etməz. Məğlubiyyət qaçılmazdır. Çünki tərkib dəyişməyib, xislət dəyişməyib, məram dəyişməyib. Bu insanlar ortaya nəsə qoymaq üçün ilk öncə öz ambisiyalarından imtina etməlidirlər, cəsarətsizlik sindromunu aradan qaldırmalıdırlar. Və ya belə deyək, radikal müxalifətin bütün liderləri- öz üzərlərində fədakarlıq və özgüvən daşımayan biriləridir. Belə olmasaydı illərdir bizə Amerikadan demokratiya dərsi keçən Rəsul Quliyev 2005-in payızında həmin cəsarətdən bir azca özündə tapıb söz verdiyi kimi vətəninə dönərdi, bu gün Milli Şuraya sədr seçilən və lider elan olunan İbrahimbəyov vergi cinayətlərindən dolayı üzləşə biləcəyi həbsdən qorxub hansısa dalanda gizlənməzdi, eyni zamanda nicatını və toxunulmazlığını xarici dövlətlərdə deyil, öz ölkəsində axtarardı. Və nəhayət illərdir absurd siyasi gedişləri ucbatından müxalifəti bir-birinə vuran Əli Kərimli əlindəki mətbuat orqanlarını təhqir maşınına çevirmək əvəzinə qarşımıza çıxardı, sözünü üzümüzə deyərdi, savaşanda da mərdcə savaşardı“- AZXEBER.COM xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu gün təsis yığıncağı keçirilən Milli Şura ilə bağlı münasibət bildirərkən söyləyib.“Sizin xəbəriniz varmı ki, həmin Milli Şura adlanan qurumun başbilənlərinin ən az yarısı ölkədə yoxdur? Biz bu liderlərin beşdə birini tapa bilmirik ki, açıq polemikaya girək. Onlarla əlaqə yaratmaq üçün ya “skayp”a müraciət etməlisən, ya da hüquq-mühafizə orqanlarındakı cinayət dosyelərinə! Sonra da deyirlər, müzakirələr aparaq, debatlar təşkil edək. Ya da ATƏT bu biri yandan irad tutur ki, ölkədə dialoq mühiti yoxdur-filan. Yaxşı bəs kimlə aparaq dialoqu? Yoxdur axı bunların heç biri ölkədə. İbrahimbəyovu tapmaq üçün bizdəmi Amerika turnesinə çıxaq? Rəsul Quliyevin mənasız fikirlərini dinləmək üçün onun Avropaya gəlişini gözləyib pişvazınamı çıxaq?Bir tək ortalıqda Əli Kərimlidir. O da “Azadlıq”qəzetinin və eyni adlı radionun həndəvərindən o yana çıxmır. Yalniz ittiham etməklə məşğuldur! Həm də sadəcə solo ifada! Oysa ki, dəfələrlə debata çağırmışam onu. Həm də çox sevimli məkanı olan, eyni zamanda bütün resurslarını məhz Kərimli kimilərin təbliğatına yönəldən Azadlıq radiosunda! Niyə gəlmir? Mən ki, ortalıqda yeyib kənarda gəzənlərdən deyiləm. Mən ki, hansısa mətbu orqan üzərindən sözümü deyib, pərdə arxasında gizlənənlərdən deyiləm. Meydana dəvət edirəm də, tam açıq meydana. Buyurub gəlsin! Mən ona istənilən şəraitdə, istənilən məkanda İlham Əliyevçi olmamın səbəblərini anlatmağa, eyni zamanda getdiyim yolun doğrularını sübut etməyə hazıram!

OXŞAR XƏBƏRLƏR