İqtidarla müxalifət görüşü başladı

SİYASƏT
10:30 15.05.2015
1245
Bu gün Azərbaycanda iqtidarla müxalifətin növbəti görüşü başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə başa tutan tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak edir.
Əli Həsənovun sözlərinə görə, bu gün gündəlikdə olan məsələ qarşıdan gələn seçkilər deyil. O bildirib ki, hakimiyyət müxalifət tərəfindən edilən təklifə baxıb:
"Seçki islahatları ilə bağlı təklif administrasiyada nəzərdən keçirilib, hakimiyyət bunun müzakirəsinə lüzum görməyüb və əsas olaraq gündəlikdəki cari məsələlər müzakirə ediləcək".
Müzakirə mətbuatın iştirakı olmadan davam etdirilir.
OXŞAR XƏBƏRLƏR