İqtisad universitetində 620 minlik rüşvət qalmaqalı

SOSİAL
12:00 24.07.2016
5086
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 9 nəfər müəllimi rüşvət almağa görə işdən çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Ölkə.az”-a ADİU-dakı etibarlı mənbə məlumat verib.
Məlumata görə, bu ayın əvvəlində universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.
İşdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev var.
İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.
Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR