İqtisad universitetində yenilik: Tələbə 1 günlük rektor olacaq

GƏNCLİK
17:55 23.04.2014
2077

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Layihə “Tələbə rektor” adlanır.

AZXEBER.COM xəbər verir ki, Bu gün universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsində gizli səsvermə keçirilib. Beş namizəd arasından 51% səslə Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov “Tələbə rektor” seçilib.

Rektor və “tələbə rektor”un birgə iş günü aprelin 25-də təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birlikdə qəbul ediləcək.

Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafıdır.

Layihə ayda bir dəfə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR