İqtisadi Əməkdaşlıq Təşkilatı nə vaxt yaranıb? - Hansı ölkələr üzvdür?

İqtisadi Əməkdaşlıq Təşkilatı nə vaxt yaranıb? - Hansı ölkələr üzvdür?
SİYASƏT
12:33 04.07.2025
229
Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci zirvə toplantısı Xankəndidə keçiriləcək.
 
AZXEBER.COM təşkilatın tarixi haqda məlumatları təqdim edir. 
 
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) (Economic Cooperation Organization – ECO) rəsmi olaraq 1985-ci ildə yaradılıb. Təsisçi ölkələri Türkiyə, Pakistan və İrandır. 
 
Bu üç ölkə əvvəllər 1964-cü ildən fəaliyyət göstərən Regional İnkişaf üçün Əməkdaşlıq adlı təşkilatın üzvləri idilər. RCD 1979-cu ildə İran İslam İnqilabından sonra fəaliyyəti dayandırıb. Daha sonra bu ölkələr 1985-ci ildə İƏT-i yaratmaqla əməkdaşlığı yenidən bərpa ediblər.
 
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildə üzv olub.
 
Hazırda təşkilatın 10 üzvü var: Azərbaycan, Əfqanıstan, İran, Pakistan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan.

OXŞAR XƏBƏRLƏR