Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu barədə "Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin üçüncü ildönümü ilə bağlı Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan və digər üzv ölkələr təbriklərini çatdırıblar.