İqtisadiyyat Nazirliyi sahibkarlarla birgə aztəminatlı ailələrə dəstək verdi

İQTİSADİYYAT
16:18 04.06.2020
490
Koronavirus pandemiyasının dünya ölkələrini böhran və sosial-iqtisadi itkilərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib.
 
AZXEBER.COM xəbər verir ki, qlobal dünyanın bir parçası olan Azərbaycan belə mürəkkəb dövrdə öz vətəndaşlarını koronavirus pandemiyasından və onun yaratdığı fəsadlardan qorumaq üçün bütün mümkün tədbirləri görür.
Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə ölkəmizin hər yerində sosial həmrəylik aksiyaları davam edir. Bu aksiyaların məqsədi koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Sevindirici haldır ki, bu aksiyalarda dövlət qurumları ilə yanaşı cəmiyyətin üzvləri, eləcə də sosial məsuliyyətli sahibkarlar fəal iştirak edirlər.

Belə bir sosial təşəbbüslərdən biri də ötən aydan başlayaraq İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsi məqsədilə başlanmış sosial aksiyaya özəl biznesi təmsil edən sahibkarlar da yaxından dəstək göstəriblər.

Humanitar təşəbbüs çərçivəsində Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbat üçün nəzərdə tutulmuş ərzaq bağlamaları Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılıb. Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hərtərəfli dəstək veriblər. Belə ki, "Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının iştirakçıları isə ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım ediblər. Sosial aksiya çərçivəsində 4300-dən çox ərzaq bağlaması çatdırılıb.

İqtisadiyyat Nazirliyi sosial həmrəylik və korporativ məsuliyyət nümayiş etdirən, adlarının çəkilməsinə lüzum görmədən bu təşəbbüsdə aktiv iştirak edən bütün sahibkarlara təşəkkür edir, bu cür humanitar addımların ölkəmizin fəal iqtisadi və sosial həyata qayıdacağı günü daha da yaxınlaşdıracağına töhfə verdiyini qeyd edir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:55 04.07.2020

"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

18:31 04.07.2020

Bakıda 544 küçə dezinfeksiya edildi

18:21 04.07.2020

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

17:52 04.07.2020

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

17:41 04.07.2020

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

17:27 04.07.2020

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

17:08 04.07.2020

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək

16:50 04.07.2020

Şəmkirçay su anbarında bir nəfər batdı

16:27 04.07.2020

İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi

16:05 04.07.2020

Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı - FOTO

15:55 04.07.2020

Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev

15:35 04.07.2020

Trampın böyük oğlunun sevgilisi koronavirusa yoluxdu

15:21 04.07.2020

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaları pozan 78 obyekt aşkarlandı

15:05 04.07.2020

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

14:48 04.07.2020

Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edildi - FOTO

14:38 04.07.2020

Qorxunc statistika: ABŞ-da yeni yoluxma hallarında anti-rekord yeniləndi