Stilist Nigar İbrahimova ailə həyatı qurmaq planlarından danışıb.
Stilist Gün.Az-a açıqlamasında bu ilin sonunadək nikah masasına əyləşəcəyini deyib:
“Bütün bacılarım ailəlidir. İşimin çoxluğundan şəxsi həyatıma vaxt ayıra bilmirdim. Mənə evlənmək təklifi edənlər çoxdur. Bu ilin sonunadək təkliflərdən birini mütləq dəyərləndirəcəyəm”
Nigar İbrahimova müğənni İradə İbrahimovanın bacısıdır.