İradə İsaq Hüseyn Dəryanın verilişdə içkili olması haqda danışdı - VİDEO

MAQAZİN
19:00 13.03.2014
2809
"Hüseyn Dərya ilə bağlı veriliş tam formada, yəni montajsiz olaraq "youtube"yə qoyulacaq.
Jurnalistin studiyada özünü apara bilmədiyinə görə verilişdən kənarlaşdırılma səbəbi də sizə aydın olacaq" Bu sözləri Showlife.Az-a açıqlamasında tanınmış teleaparıcı, ATV-də yayımlanan "Düz üzünə" verilişinin aparıcısı İradə İsaq deyib.
O reper Hüseyn Dəryanın verilişinə içkili halda çıxmasına da münasibət bildirib. İradə İsaq deyib ki, əgər Hüseyn Dərya içkili olsaydı, özü onu verilişdən uzaqlaşdırardı: "Şükür ki, bütün veriliş montajsız halda məndədir. Bu xəbəri yayan jurnalistə demək istəyirəm ki, verilşdə özünüzü etik qaydalara və efir mədəniyyətinə uyğun aparmamışdız. Montajda bacardığımız qədər sizin mədəniyyətsiz hərəkətlərinizi göstərməməyə çalışdıq. Amma əgər kartların açılmasını istəyirsizsə, mən etiraz etmirəm, gəlin açaq. Uduzan isə təbii ki, biz olmayacağıq.
İradə İsaq deyib ki, jurnalist Alovlu Ülviyyə özünü verilişdə çox qeyri-adi aparıb: "Nəyə görə bu xanım bütün veriliş boyu bir dəfə də olsun qeyd etmədi ki, Hüseyn içkilidir? Hətta o "siroy" kadrlarda belə o sözləri dilinə gətirməyib! Əslində özünü içkili adam kimi qeyri-etik formada jurnalist aparırdı, nəinki Hüseyn Derya.İradə İsaq qeyd edib ki, lazım gələrsə həmin görüntüləri efirə də verəcək. Hələlik isə "youtube"yə yerləşdirməyi planlaşdırır.
Qeyd edək ki, bu gün Showlife.Az saytında yayımlanan xəbərdə verilişdə ekspret kimi iştirak edən Alovlu Ülviyyənin sözlərinə yer verilmişdi. O qeyd etmişdi ki, Hüseyn Dərya verilişə içkili gəlib:
"Etiraf edirəm ki, dünən Hüseyn Dərya haqda baxdığınız, mənim də ekspert kimi iştirak etdiyim verilişə Hüseyn sərxoş halda gəlmişdi.O, o qədər içmişdi ki, alkoqolun iyindən ona yaxın durmaq olmurdu.Odur ki, onun qeyri-adekvat hərəkətləri, ziyarətlərə-filana and içməkləri ciddi qəbul edilməməlidir.Və ümumiyyətlə, hesab edirəm ki, sərxoş insanları efirə buraxmaq olmaz".Həmin görüntüləri bir daha təqdim edirik:
OXŞAR XƏBƏRLƏR