Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə son qoyub.
AZXEBER.COM xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində ayrılması haqda gəzən söz-söhbətə son qoyub.
Sənətçi bildirib ki, onun Bakıda bu qədər uzun zaman qalması bu iddiaların yayılmasına səbəb olub:
"Hazırda İradə Bakıdadırsa həyat yoldaşından dəstək gördüyü üçündür. Ailəmə, həyat yoldaşıma təşəkkür edirəm ki, dəstək olurlar. Onların dəstəyi olmasa buraya gəlməyim mümkün deyildi. Əslində əvvəl də dəstək görürdüm, amma övladlarımı tək qoymağa qıymırdım. Analıq hiss məndə hədsiz güclüdür. o zaman mənə çox ehtiyacları var idi. İndi də var, amma onda körpə idilər, qıyıb gedə bilmirdim".
Aysel










































