'İRadio'dan gənclərə gözəl şans - ELAN

GƏNCLİK
15:15 01.08.2012
1754

"İRƏLİ" İctimai Birliyi və “1News” İnformasiya Agentliyinin birgə layihəsi olan “İRadio” özünü radio aparıcısı, proqram müəllifi və redaktor kimi sınamaq istəyən hər kəs üçün imkan yaradır.

Namizədlər üçün əsas şərtlər kreativ və yaradıcı təfəkkürün olması, azərbaycan və ya rus dillərində səlis, ləhcəsiz, kifayət qədər söz ehtiyatına malik danışıq tərzidir. Bu imkandan yararlanıb, “İRƏLİ” Radio efirində öz müəllif proqramlarını reallaşdırmaq və yaxud hər hansı bir layihənin aparıcısı olmaq istəyən şəxslər  aşağıdakı online ərizə formasını doldurub [email protected]/* */ünvanına göndərə bilərlər.

Ərizələrin qəbulu üçün son tarix: 15 avqust 2012-ci ilONLAYN ƏRİZƏ FORMASI BURADA: https://ireli.az/announcements/20120730043956622.html

OXŞAR XƏBƏRLƏR