xari

İrakli Qaribaşvili: "Gürcüstanda növbədənkənar seçkilər keçirilməyəcək"

DÜNYA
20:27 22.02.2021
265
"Biz növbədənkənar seçkilərlə bağlı istənilən müzakirədən qəti şəkildə imtina etdiyimizi elan edirik”.

Bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdəki çıxışında bildirib.

O, növbədənkənar parlament seçkiləri mövzusunun bağlandığını və yenidən nəzərdən keçilməyəcəyini vurğulayıb. İ.Qaribaşvili deyib ki, hakimiyyət Vahid Milli Hərəkat Partiyası istisna olmaqla müxalifətin istənilən qüvvəsi ilə danışıqlar aparmağa hazırdır.

"Müxalifətdəki qüvvələr Mixeil Saakaşvilinin təsirindən xilas olarsa, biz bunu alqışlamaqla yanaşı, onunla konstruktiv danışıqlara da başlaya bilərik”, - İ.Qaribaşvili vurğulayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR