"Guya Azərbaycan-İran sərhədlərində hansısa qüvvələr fəaliyyət göstərir, xüsusilə, İsrailin adını çəkirlər. Bu, Azərbaycana qarşı olan hörmətsizlikdir, bizim daxili işlərimizə qarışmaqdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, bildirib ki, Azərbaycanda heç bir xarici qüvvə olmayıb: "Cənab Prezident Cəbrayıl səfəri zamanı ictimaiyyətlə görüşündə İranın bizə qarşı olan haqsız münasibətindən danışır. Prezident də qeyd edir ki, Azərbaycan torpaqlarını Azərbaycan ordusu, xalqı, dövləti işğaldan azad etdi. Burada heç bir xarici qüvvə olmayıb. Olubsa, gəlib faktla göstərsinlər. Bizə şər-böhtan atmaq, bu məsələlərlə təhdid etmək lazım deyil. Guya Azərbaycan-İran sərhədlərində hansısa qüvvələr fəaliyyət göstərir, xüsusilə, İsrailin adını çəkirlər. Bu, Azərbaycana qarşı olan hörmətsizlikdir, bizim daxili işlərimizə qarışmaqdır. Azərbaycan əsgərinin, xalqının tarixi qələbəsini aşağılamaqdır”.

Deputatın sözlərinə görə, İran 30 il ərzində işğalçı, cinayətkar, terrorçu dövlətlə əməkdaşlıq edib:
"Xarici qüvvələr 30 il ərzində bu sərhəddə idi. Ermənilər onu görürdülər və əməkdaşlıq edirdilər. Bu gün yoxdur, bu gün işğaldan azad olunmuş torpaqların sərhədində Azərbaycan əsgərləri dayanır. İranın bizə qarşı olan təhdidləri, ittihamları əsassızdır və bu, iki dövlət arasında olan münasibətlərin korlanmasına xidmət edir. İran 30 il ərzində işğalçı, cinayətkar, terrorçu dövlətlə əməkdaşlıq edib, bu gün də əməkdaşlığın daha yüksək formasını davam elətdirir. Biz İranın daxili işinə qarışmırıq, sadəcə olaraq biz İrandan və bütün dövlətlərdən tələb edirik ki, bizim daxili işimizə qarışmayın, qanunlarımızı pozmayın, ərazi bütövlüyümüzə hörmətlə yanaşın”.
Aydın Nuri