İran ABŞ ərazisinə çata biləcək qitələrarası ballistik raketlər hazırlayır və gələcəkdə onları nüvə başlıqları ilə təchiz etməyi planlaşdırır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Foks Nyus"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın bu istiqamətdəki fəaliyyəti ABŞ-ın bütün şəhərlərini təhlükə qarşısında qoya bilər. Netanyahu vurğulayıb ki, Tehranın raket proqramı təkcə İsrail üçün deyil, ABŞ üçün də ciddi təhdid yaradır.
İsrailin Baş naziri qeyd edib ki, İran Amerika şəhərlərini nüvə silahı ilə təhdid etmək və bu imkan vasitəsilə Vaşinqtona təzyiq göstərmək istəyir.
Netanyahunun fikrincə, mövcud İran rejiminin aradan qaldırılması bu təhlükənin qarşısını almağın yeganə yoludur.
///milli.az///











































