Bunu İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
Əkrəminiyanın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi raketlərin və dronların İsrailə çatması üçün yolun açılması deməkdir və indi bu ərazilərdəki bazalara zərbə endirmək daha asan olub.
O əlavə edib ki, İran ABŞ-nin son hücumlarına hava hücumundan müdafiə və radar sistemlərinin yerləşdiyi Amerika bazalarına zərbələrlə cavab verib. İran hərbi sözçüsünün sözlərinə görə, Tehran bu sistemləri məhv etməyə müvəffəq olub.











































