İran-ABŞ danışıqlarının dördüncü raundu bu ölkədə keçiriləcək

İran-ABŞ danışıqlarının dördüncü raundu bu ölkədə keçiriləcək
DÜNYA
16:48 06.05.2025
224
İran və ABŞ arasında danışıqların dördüncü raundu mayın 11-də Omanda keçiriləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran və ABŞ arasında danışıqların dördüncü raundu bazar günü Maskatda keçiriləcək.

İki ölkə arasında nüvə müzakirələrindən ikisi Maskatda, biri isə İtaliyanın paytaxtı Romada keçirilib.

Tərəflər görüşdən sonra verdikləri bəyanatlarda danışıqların müsbət atmosferdə keçdiyini qeyd ediblər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR