İran ABŞ-ı ikiüzlülükdə İTTİHAM ETDİ

İran ABŞ-ı ikiüzlülükdə İTTİHAM ETDİ
DÜNYA
16:41 24.10.2022
247
İran ABŞ-ı ikiüzlülükdə ittiham edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Tehranda keçirilən həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-ın "nüvə danışıqlarının dayandırıldığı” bəyanatını ikiüzlülük kimi qiymətləndirib:

"Amerikalıların davranışı çox ikiüzlüdür, həm ikiüzlüdürlər, həm də rəsmi olaraq yalan danışırlar. Onlar dəfələrlə müxtəlif kanallarla mesajlar verib, razılaşmaya qayıtmağa hazır olduqlarını vurğulayıblar və bu məsələ ilə bağlı danışıqlar aparırlar”.

Çıxışının davamında Kenani, həmçinin Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiyaya silah satdıqlarına dair iddiaları bir daha təkzib edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR