İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub - FOTO

İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub - FOTO
DÜNYA
11:45 29.03.2026
197
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.

AZXEBER.COM xəbər verir ki, görüntü son həftələrdə həmin bazaya yerləşdirilmiş "E-3 Sentry” tipli, "81-0005” bort nömrəli təyyarəyə uyğundur.

Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır "E-3 Sentry” təyyarəsi olub.

"The Wall Street Journal" yazır ki, "E-3 Sentry” təyyarə parkı üçün hazır və dərhal istifadəyə yararlı alternativ mövcud deyil. Ən yaxın əvəzləyici kimi göstərilən "Boeing E-7 Wedgetail” təyyarəsinin isə təxminən 700 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "E-3 Sentry” uzaq məsafədən hava məkanını izləmək, raket və pilotsuz uçuş aparatlarını aşkar etmək, həmçinin əməliyyatlar zamanı real vaxt rejimində koordinasiya üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə təyyarəsidir.
 
/apa
OXŞAR XƏBƏRLƏR