İranın Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahı bildirib ki, ölkənin cənubunda ABŞ-a məxsus qırıcı təyyarə hədəfə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-a məxsus F-15 qırıcı təyyarəsi İranın cənub sahilləri üzərində, Hörmüz adası yaxınlığında hava məkanında izlənilib və hava hücumundan müdafiə sistemləri təyyarəyə qarşı raket buraxıb.










































