İran - ABŞ müharibəsi qazın qiymətinə necə təsir edəcək?

İran - ABŞ müharibəsi qazın qiymətinə necə təsir edəcək?
İQTİSADİYYAT
17:16 03.03.2026
203
"Yaxın Şərqdə yaşananlar Azərbaycanın enerji təhcizatının əhamiyyətini daha da artırır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, Avropanın illik qaz tələbatı 500 kubmetrdən çoxdur: 


"Avropanın illik qaz tələbatı 500 kubmetrdən çoxdur. Azərbaycan isə 2025-ci ildə hasil etdiyi 51,5 milyard kubmetr təbii qazın  12,8 milyard kubmetrini TAP ilə Avropaya ixrac edib. Bu isə Avropa təlabatının cəmi 2,5%-i deməkdir. Bəs niyə Avropa ölkələri belə kiçik paya görə Azərbaycandan qaz idxalına bu qədər maraq göstərirlər?Çünki Azərbaycan öz enerji resurslarindan siyasi alət kimi heç bir ölkəyə qarşı istifadə etmir. Etibarlıdır və imzasına sahibdir. Ərazisi və kəmərləri təhlükəsizdir. Yəni ki, həcm baxımından az olsa da, onun qaz təhcizatı davamlıdır, dayanıqlıdır, risklər minimaldır”.

İqtisadçı deyib ki, Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir:

"Bu gün Gülüstan sarayında TAP AG şirkətinin icraçı direktoru Luka Skiepatti deyib kİ, Trans-Adriatik Boru Kəməri, yəni TAP üzrə kommersiya fəaliyyətinin başlanmasından bu günə qədər infrastrukturdan istifadə edən qaz daşıyıcılarının sayı 3-dən 47-yə yüksəlib. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı isə 16-ya çatıb və onların 10-u Avropa İttifaqının üzvüdür”.

E.Əmirov vurğulayıb ki, qaz qiymətlərinin yüksəlişin uzunmüddətli olacağını düşünmür:

"Qaz qiymətlərinin dinamikasına gəldikdə isə hər min kubmetr üçün 700 dollar, hətta min dollara qədər yüksəlmə ehtimalı vardı. Təbii ki, bu iqtisadi əsaslı deyil, hərbi-siyasi əsaslı ehtimaldır. Amma bütün hallarda bu yüksəlişin uzunmüddətli olacağını düşünmürəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR