İran ABŞ-nin Bəhreyn və İraqdakı bazalarına zərbələr endirib
DÜNYA
01:14 03.03.2026
193
İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarına, həmçinin İraqın Bağdad Hava Limanı yaxınlığındakı obyektlərinə zərbələr endirib.
AZXEBER.COM bu barədə xarici mediaya istinadən xəbər verir.
BBC-nin məlumatına görə, Bəhreyndəki bazada ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.
"Al Hadath" telekanalı isə xəbər verib ki, Bağdad aeroportu yaxınlığında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən istifadə olunan hərbi baza da hücuma məruz qalıb.