AZXEBER.COM xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bu gün səhər PUA və ballistik raketlərin tətbiqi ilə keçirilən əməliyyat zamanı amerikalıların Əl-Adiridəki helikopter bazasına zərbə endirilib", - İran Dövlət Televiziyasının istinad etdiyi bəyanatda bildirilib.
SEPAH-ın məlumatına görə, zərbələr nəticəsində bazanın helikopter təlim və təmir mərkəzinə, helikopter və təyyarələr üçün yanacaq ehtiyatlarına, həmçinin bu bazanın komandanlıq binasına ciddi ziyan dəyib.
"Report"










































