İran ABŞ-nin mühüm obyektlərinə yeni zərbələr vəd etdi
DÜNYA
01:24 30.03.2026
147
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi ABŞ obyektlərinə yeni zərbələrin mümkünlüyünü açıqlayıb.
O, sosial şəbəkədəki paylaşımında İranın mühüm hədəflərə hücumları davam etdirmək niyyətində olduğunu bildirib.
Musəvinin sözlərinə görə, ABŞ-nin radar və logistika sistemlərinə zərbələrin endirilməsi davam edir və itkilər artır. O iddia edib ki, İran kəşfiyyat və hücum əməliyyatlarında üstünlüyə malikdir və yaxın vaxtlarda yeni hədəflərə zərbələr endiriləcək.
Qeyd edək ki, bundan əvvəl də İran tərəfi regionda təzyiqi artırmağa və mümkün təhdidlərə cavab verməyə hazır olduğunu dəfələrlə bəyan edib.