İran ABŞ və İngiltərədəki şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir

İran ABŞ və İngiltərədəki şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir
DÜNYA
14:42 02.05.2024
211
 İran vəzifəli şəxslərə və təşkilatlara sanksiyalar tətbiq edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran ABŞ və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinə və 10 təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyindən verilən iki ayrı yazılı açıqlamada, sanksiya siyahısına daxil edilən şəxslər və təşkilatların "İsrailin Qəzza zolağında həyata keçirdiyi terror aktlarına dəstək verərək ciddi insan haqları pozuntularına qarışdıqları” ifadə edilib.

Bununla əlaqədar olaraq Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps da daxil olmaqla 8 yüksək rütbəli Britaniya rəsmisi, İngiltərə Hərbi Hava Qüvvələrinin Cənubi Kipr Rum Administrasiyasında yerləşən "Akrotiri Hava Bazası", Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Diamond" döyüş gəmisi, Elbit Systems, Rafael Advanced Defense Systems ilə birlikdə və Meggitt Defence şirkətlərə sanksiya tətbiq edilməsinə qərar verildi.

Həmçinin İsrailə silah dəstəyi verdiyi üçün Lockheed Martin və Şərqi Aralıq dənizində təbii qazın çıxarılmasında İsraillə əməkdaşlıq etdiyinə görə Amerikanın enerji şirkəti Chevron da daxil olmaqla 5 Amerika şirkətinə sanksiya tətbiq edilib.

ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanı Brayan Fenton, ABŞ-ın Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Ceyson Qrinblat, Demokratiyaları Müdafiə Fondunun prezidenti Klifford Mey və Pentaqonun keçmiş rəsmisi Maykl Rubin də daxil olmaqla ümumilikdə 7 amerikalıya da sanksiya tətbiq edilib. Onların "İsrailin Qəzza zolağında törətdiyi terror aktlarını dəstəklədikləri” siyahıya əlavə edilib.

"Sanksiyaların həyata keçirilməsi üçün İranın bütün aidiyyatı qurumları tərəfindən lazımi addımlar atılacaq”, - deyə məlumatda bildirilir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO