İran açıqladı: Hörmüz boğazında 2 neft tankeri partladı

İran açıqladı: Hörmüz boğazında 2 neft tankeri partladı
DÜNYA
11:29 20.07.2026
407
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında təhlükəsiz olmayan marşrutla hərəkət etməyə çalışan iki neft tankerinin partladığını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında gəmi keçidləri ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, iki neft tankeri ABŞ-ın təzyiqi ilə təhlükəsiz olmayan marşrutdan keçməyə çalışdığı zaman partlayıb. Lakin partlayışların hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

İran tərəfi xəbərdarlıq edib ki, ölkənin müəyyən etdiyi marşrutdan kənar bütün istiqamətlər gəmi keçidləri üçün təhlükəsiz hesab olunmayacaq.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri xarici müdaxilənin yaratdığı qeyri-sabit təhlükəsizlik vəziyyətini əsas gətirərək Hörmüz boğazının bağlandığını açıqlamışdı.
 
Gülay
OXŞAR XƏBƏRLƏR