İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqlədi

İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqlədi
SİYASƏT
15:51 22.01.2025
430
İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü Ali Məhkəmədə təsdiqlənib.

Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.

"İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.

Onun sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu "Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib. İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb