"İran bilməlidir ki, Azərbaycanla təhdidlə danışmaq olmaz”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında şəhid Orxan Əsgərovun dəfnində iştirak edən Ağ Partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, Azərbaycanın İrana qarşı stabil siyasəti olmalıdır:
"Bu, terrordur. Burada xalqın, siyasi partiyaların, qazilərin toplandığını görürük. Bu da o deməkdir ki, bizim xalqımız İran terroruna qarşı birgədir. Biz İrandan bu cinayətin araşdırılmasını obyektiv şəkildə araşdırılmasını, cinayətkarın cəzalanmasını tələb edirik. Dövlət olaraq da bu hadisədən dərs çıxartmalıyıq. İstər təhlükəsizlik məsələlərində, istərsə də vətəndaşların qayğısına qalmaq məsələlərində diqqətli olmalıyıq. İranı hansı aqibəti gözləməsindən asılı olmayaraq, bizim stabil İran siyasətimiz olmalıdır. İran bilməlidir ki, Azərbaycanla təhdidlə danışmaq olmaz”.
Həmin açıqlamanı təqdim edirik:
Aydın Nuri