'İran-Azərbaycan münasibətlərini proqnazlaşdırmaq çox çətindir' - Politoloq rəyi

SİYASƏT
12:45 18.06.2013
1667

Xəbər verdiyimiz kimi İranda baş tutan prezident seçkilərinin nəticələrinə görə İranın Ali təhlükəsizlik şurasının keçmiş katibi Həsən Ruhani ölkənin yeni prezidenti təyin edildi. Seçkilərdən sonra mətbuat konfransı keçirən ölkə başçısı bildirib ki, onun üçün ən vacib məsələ ölkə iqtisadiyyatını genişləndirməkdir.

Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra İran-Azərbaycan münasibətlərində baş verəcək mümkün dəyişikliklərlə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrəndik. Qabil Hüseynli AZXEBER.COM-a açıqlamasında bildirdi ki, İran Azərbaycan münasibətlərində hansısa bir dəyişiklik haqqında danışmaq hələ ki, çox tezdir. Çünki H. Ruhani şərti, islahatçı prezident sayılır: “İran-Azərbaycan münasibətlərini proqnazlaşdırmaq çox çətindir. Çünki yeni prezidentin seçilməsi ölkələr arasında münasibətin dəyişməsindən xəbər vermir. İranda prezidentlik simvolikdir. Burada rəhbərlik ölkənin Ali Dini liderinin üzərinə düşür. Sırf bu baxımdan ölkələr arasında baş verə biləcək iqtisadi problem, ya da ki siyasi dəyişiklik barədə danışmaq çox tezdir. İranın təkcə Azərbaycanla yox, bütün Qərblə problemi var. Bəzən İran tərəfi bu problemlərin baş verməsində Azərbaycanı günahlandırır. Bu problemlərdə Azərbaycanın rolu olduğunu iddia edir”.

Politoloq yeni prezidentin 2 dövlət arasında gedən münasibətlərdən öncə seçkiqabağı platformasında verdiyi sözlərə əməl etməli olduğunu vurğuladı: “İrana yeni təyin edilmiş prezident Həsən Ruhani seçilməzdən öncə bir sıra öhdəliklər verib. Ölkələr arasında münasibətdən öncə o, seçkiqabağı platformasında verdiyi vədləri həyata keçirməlidir. Həsən Ruhani hələ ki şərti, islahatçı prezident sayılır. Ölkələr arasında münasibət haqqında birmənalı fikir səsləndirmək üçün hələ çox tezdir”.

Qeyd edək ki, H.Ruhani mətbuat konfransında seçkiqabağı kampaniya zamanı verdiyi sözlərin heç birini unutmadığını deyib.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək