İran Azərbaycana niyə hücum edir? - TƏHLİL

İran Azərbaycana niyə hücum edir? - TƏHLİL
SİYASƏT
11:52 25.06.2022
707
Azərbaycanda Türkiyə və Qərb fəallaşdıqca İran əzələ nümayiş etdirir. Son vaxtlar İranın Azərbaycana qarşı hücumlarının arxasında dayanan əsas amillərdən biri də məhz budur. Türkiyənin Azərbaycanda möhkəmlənməsi, rəsmi Bakının Qərbə inteqrasiya istiqamətində atdığı real addımlar İranı daha da aqressivləşdirir. Qərbin, Türkiyənin ölkəmizdəki imkanları azalanda isə, İran sakitləşir. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə yön alması Rusiyanı da dərindən narahat edir. Düşünürəm ki, iyun ayının 23-də Rusiya xarici işlər naziri Sergey Lavorun Azərbaycana səfəri də bu narahatlığın nəticəsi idi. Bundan bir gün əvvəl isə S.Lavrov İrana səfər etmişdi. Azərbaycanın Qərbə istiqamətlənməsindən doğan narahatlıq Rusiya və İranı eyni paraleldə birləşdirən əsas şərtlərdən biridir. Rusiya Azərbaycanın Qərbə istiqamətlənməsinə dövlət səviyyəsində müxtəlif danışıqlarla mane olmağa çalışır, İran isə din-məzhəb məsələləri ilə güc nümayiş etdirir. Azərbaycanın müstəqil dövlət olduğu 30 il ərzində İran eyni paraleldən Azərbaycana qarşı dəfələrlə belə hücumlar olub.

İran bu dəfə "Müsəlman birliyi” hərəkatının üzvü Razi Hümbətovun məhkəməsindən sonra "Allahın təhqir olunması” bəhanəsi ilə Azərbaycandakı "hücrələri”ni oyatmağa başladı. "Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadənin heç nədən başlayan və 3 həftə davam edən əsassız aclıq aksiyası göstərir ki, kənar müdaxilə olmadan proseslərin bu şəkildə cərəyan etməsi mümkünsüz idi. Düymə İrandan basıldı və …

- Bakının bəzi kəndlərindəki çayxanlarda müxtəlif səpgidə müzakirələr başladı

- Cəzaçəkmə müəssisələrində "Müsəlman birliyi” hərəkatının üzvləri aclıq aksiyasına başladılar

- Bəzi dindar kişilər və qadınlar nazirliklərin, müxtəlif dövlət qurumlarının qarşısında etiraz aksiyaları keçirdilər

Diqqətçəkən əsas məqamlardan biri odur ki, ayın 22-də Marneulidə (Borçalı) yaşayan azərbaycanlı dindarlar da etiraz aksiyalarına başladılar. Marneulidəki prosesin də İrandan idarə olunduğu heç bir şübhə doğurmur.

Cənub qonşumuz Marneulidə kifayət qədər güc əldə edib, insanların işsizliyindən istifadə edərək onları öz maraq dairəsinə çəkə bilib. Bu, Azərbaycanın strateji maraqlarına tamamilə ziddir və belə bir təhdidlə üz-üzə qalmağımız bizi ciddi şəkildə düşünməyə vadar etməlidir. Biz uzun illərdir Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı taktiki, situativ yanaşma ortaya qoyuruq, ancaq İran strateji addımlar ataraq həmin ərazidə böyük bir mexanizm formalaşdırıb. Şübhəsiz, İranın Marneulidəki gücü Gürcüstana deyil, birbaşa Azərbaycana qarşı hesablanıb.
 
İran Marneulinin kəndlərində əsasən iki istiqamətdə iş aparır:

- Birincisi, işsizlikdən əziyyət çəkən, sosial problemlər içərisində olan azərbaycanlılara din xətti üzərindən ünvanlı və davamlı yardımlar edir

- İkincisi, orada böyük dövriyyəyə malik narkobazar formalaşdırıb. Halbuki, həmin ərazidə yaşayan əhali heç vaxt narkomaniyaya meylli olmamışdı. Marneulidə ucuz narkotik maddələrin satışı şiddətli hal alıb. Bu vəziyyət, azərbyacanlı gənclərin narkotikə qurşanması Gürcüstan dövlətinə də sərf edir, çünki narkomaniya ilə məhv edilən azərbaycanlıların siyasi instinktləri aradan qalxır və milli iradələri şikəst olur.

Bütün bu amillər göstərir ki, İran Azərbaycanda çox ciddi şəkildə formalaşdırılmış şəbəkə şəklində fəaliyyət göstərir.

İranın Azərbaycanda saxladığı şəbəkənin əsas maliyyə qaynaqları nisə arkotik satışından əldə olunan gəlirlər hesabına formalaşıb.

Biz bu şəbəkənin gəlir mənbəyini, maliyyə qaynaqlarını sonlandırmadan İranın Azərbaycandakı təsir imkanlarını da azalda bilməyəcəyik. Ölkəyə İrandan daxil olan narkotik selindən əldə olunan gəlirin böyük bir hissəsi bu proseslərə sərf olunur. Bu baxımdan, narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Ağır və təhlükəli risklər isə getdikcə artmaqdadır. İrandan gələn hücumları həm də Azərbaycanın milli müdafiə və təhlükəsizlik sisteminə qarşı "yoxlanış” kimi qəbul edə bilərik. Belə situasiyalarda boşluqlar, çatışmazlıqlar da ortaya çıxmış olur ki, onların aradan qaldırılması bizim üçün əsas prioritet olmalıdır.

İranın Azərbaycana olan hücumlara həm də Türkiyə ilə aparılan "təriqətlərin monopoliyası” uğrunda savaşın tərkib hissəsi kimi də baxmaq olar. Azərbaycanda əhalinin böyük bir hissəsi şiədir, ancaq bu təriqətin İranla olan əlaqələri qırılmalıdır, kənar müdaxilələrdən mühafizə olunan dini inanc sistemimiz möhkəm ideoloji dayaqlar üzərində milliləşdirilməlidir.

İran hesab edir ki, Türkiyə Azərbaycanda dini inanc sistemini dəyişmək, ölkəyə hənəfi inanc sistemini tədricən transfer etmək üçün ciddi addımlar atır və guya bu proses şiə təriqətinə mənsub şəxslərin vurulması fonundan həyata keçirilir. Ancaq proseslərin analizi onu deməyə əsas verir ki, bütün bunlar bəhanələrdir, Azərbaycanın bütün sahələr üzrə tamamilə müstəqillik əldə etməsi, tarixi-milli kökə qayıdışı prosesinin aparılması, elmi-texniki mərhələyə adlaması, Qərbə inteqrasiya prosesi İranın Azərbaycana qarşı aqressiv münasibətinin əsas səbəbləridir.

Samir Feyruzov



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər