XİN-nin mətbuat xidməti rəhbərinin səlahiyyətlərini icra edən Elman Abdullayev verdiyi məlumatda rəsmi İranın Azərbaycanın etiraz notasına bu yaxınlarda cavab verdiyini, lakin cavab məktubunun mətninin mətbuata açıqlanmadığını qeyd edib. Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami general Seyid Həsən Firuzabadinin söylədiyi fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. Onu qəbul edən xarici işlər nazirinin müavini N.Hüseynov Azərbaycan tərəfinin etiraz notasını səfirə təqdim etmişdi.