"İran Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına xidmət etmir" - Deputat

"İran Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına xidmət etmir" - Deputat
SİYASƏT
17:16 25.07.2024
637
Məlum olduğu kimi, İranın "Iran International” xəbər agentliyi İran və Ermənistan arasında 500 milyon dollarlıq gizli silah müqaviləsinin imzalanması barədə xəbər yayıb.
 
Agentlik sözügedən razılaşmanın bir neçə müqaviləyə bölündüyünü və son bir neçə ayda imzalandığını vurğulayıb.
 
Bundan əlavə, mətbu orqanı İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların siyahısını da əldə edərək paylaşıb.
 
Daha sonra isə Ermənistan Müdafiə Nazirliyi bu məlumatla bağlı açıqlama verərək həmin informasiyaları təkzib edib.
 
Bəs, illərdir Fransanın, Hindistanın, bu dəfə isə İranın silahlandırdığı iddia edilən Ermənistan rəhbərliyi nə fikirləşir?
 
Sözügeden ölkələrin silahlandırma siyasətlərinin nəticəsi nə ola bilər?

Məsələylə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev AZXEBER.COM-a açıqlama verib.
 
Deputat bildirib ki, əgər Ermənistan xəbəri təkzib edibsə, İran rəsmiləri də uydurma adlandırılan iddialarla bağlı açıqlama verməlidirlər:
 
"Təbii ki, bu hadisəylə bağlı İran rəsmiləri də açıqlama verməlidirlər. Çünki bilə-bilə Ermənistan və Azərbaycan arasında hələ sülh müqaviləsi imzalanmayıb, lakin onlar Ermənistanı silahlandırmaqda davam edirlər. Bu, çox ciddi məsələdir. Hətta İrandakı prezident seçkilərindən sonra belə fikir var idi ki, xarici siyasətdə Ermənistana qarşı başqa cür siyasət yürüdən, yaxud İran prezidentinin azərbaycan türkü olması bu proseslərə müəyyən qədər təsir göstərir, amma əvvəllər verilən proqnozlar beləydi ki, bu xarici siyasət Pezeşkianın xətti deyil. Buna görə də məhz yarım milyard dollarlıq silah-sursatın Ermənistana göndərilməsi və ya bununla bağlı müqavilənin imzalanması bir daha regionda ciddi dis-balans yaradır".
 
Millət vəkili əlavə edib ki, İran ehtimal ki, bu addımı atmasa belə, yenə də Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına xidmət etmir:
 
"Bu hərəkət İranın məkrli siyasətinin bir parçasıdır və bir daha sübut edir ki, İran Ermənistanla tərəfdaşdır. Çox paradoksal bir haldır kı, NATO-nun üzvü olan Fransadan Ermənistana silahlar gedir. Bu hal da heç nə sülhün bərqərar olmasına xidmət etmir. Məlumdur ki, Ukrayna-Rusiya müharibəsində İran Rusiyaya həmin silahlardan tədarük etmişdi, indi də edir. Birmənalı şəkildə söyləmək olar ki, İran öz silah satışında balansı qorumur və regionda problemlərin daha da artmasına gətirib çıxaran bir siyasət yürüdür".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB