İran Azərbaycanla keçid məntəqəsini bağlayıb

SİYASƏT
12:39 08.11.2013
1285
Azərbaycan-İran sərhədində yenidən gərginlik yaranıb.

APA-nın cənub bürosunun məlumatına görə, dünəndən etibarən Biləsuvar sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Hazırda 200-dən çox nəqliyyat vasitəsi və mindən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə dayanıb.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq MirsultanovAPA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, İran tərəfi keçidi dayandırmasına heç bir səbəb göstərmir. Qarşı tərəflə görüşə cəhd göstərilsə də, hələlik heç bir nəticə alınmayıb.

OXŞAR XƏBƏRLƏR