İranın yol və şəhərsalma naziri Ermənistanın regional idarəetmə naziri ilə görüşündə yeni qərarlar alıb.
AZXEBER.COM İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, yol və şəhərsalma naziri Rüstəm Qasimi paytaxt Tehranda Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qnel Sanosyan ilə görüşüb.
Görüşlə bağlı açıqlama verən Qasimi, erməni həmkarı ilə iranlı şirkətlərin Ermənistanda tunel, yol və yaşayış evlərinin tikintisi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Görüşdə Ermənistan üzərindən yeni şimal-cənub dəhlizinin yaradılmasının da müzakirə edildiyini qeyd edən Qasimi, Şərqi Azərbaycan vilayətinin Nurduz bölgəsi üzərindən Ermənistanı Fars körfəzinə birləşdirəcək yeni tranzit dəhlizi yaratmağa hazır olduqlarını bildirib.
Ayşən