İran BƏƏ-yə məxsus gəmidən 28 nəfəri xilas etdi

İran BƏƏ-yə məxsus gəmidən 28 nəfəri xilas etdi
DÜNYA
08:12 18.03.2022
276
İran Fars Körfəzində batan Birləşmiş Ərəb Əmirliyinə məxsus gəminin ekipajından 28 nəfəri xilas edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, batan gəmidə 30 ekipaj üzvü olub. 28 nəfər xilas olunaraq Buşəhr şəhərinə gətirilib. Qəzada 1 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.

Qeyd olunub ki, fırtına səbəbindən itkin düşən gəmiçinin axtarışları müvəqqəti dayandırılıb.
OXŞAR XƏBƏRLƏR