İsrailin hücumu iddiası ilə İranın bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılıb.
"Ölkənin bir sıra hava limanlarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”, - İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazırlu bildirib.
Qeyd edək ki, İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidildikdən sonra Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər təxirə salınmışdı.