İran bu məhsulların ixracını qadağan etdi

İran bu məhsulların ixracını qadağan etdi
İQTİSADİYYAT
10:30 03.03.2026
274
İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını qadağan edib.

AZXEBER.COM trend.az-a istinadən xəbər verir ki, bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə bir sıra məhsulların ixracına qadağa tətbiq edib.

Qeyd olunan məhsulların ixracı qadağası qeyri-müəyyən müddətədək davam edəcək.

Əlavə edək ki, ötən gün də İran kartofun ixracına qadağa tətbiq etmişdi.
OXŞAR XƏBƏRLƏR