"İran bundan sonra da Bəşər Əsəd rejimini dəstəkləyəcək və Suriya müxalifətinin BMT-də təmsil olunmasına imkan verməyəcək."
AZXEBER.COM-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirinin müavini Hüseyn Əmir Abdullahyan bəyan edib. O bildirib ki, Suriyadakı vəziyyəti düzəltməyə çalışırlar: "İran Suriyadakı gərgin vəziyyəti yumşaltmağa çalışır. İstəyimiz bu ölkədə seçkilərin keçirilməsidir. Biz bundan sonra da hakim rejimi və onun siyasi islahatlarını dəstəkləyəcəyik. Suriya xalqı taleyini özü, qanuni hökumətlə silahsız müxalifət arasında, dialoq vasitəsilə müəyyən edəcək. Suriya sərhədlərindən kənarda qəbul olunan qərarları isə siyasi səhv hesab edirik."