Səid Cəlili AB-yə məktub yazacaq
İran nüvə proqramı ilə bağlı Qərb ölkələri ilə yenidən masa arxasına oturmaq istəyir.
AZXEBER.COM-un İranın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, baş müzakirəçi Səid Cəlili bu haqda Avropa Birliyinə məktub yazacaq.
AB-nin xarici əlaqələr komissarı Ketrin Eştona ünvanlanacaq məktubda Cəlili ABŞ, Rusiya, İngiltərə, Çin və Fransadan ibarət P5 ölkələri və Almaniya ilə yenidən müzakirə masası arxasına oturmaq istədiklərini bildirəcək.
Bu xəbərin AB-nin İranın neft idxalına sanksiya tətbiq edəcəyinə dair təhdidlərdən sonra gəlməsi diqqət çəkib. İranın neft naziri Rüstəm Qasımi bu təşəbbüs olarsa, neftin bir barrelinin 200 dolları keçəcəyini bildirmişdi.