İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA

İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
DÜNYA
15:09 16.03.2026
216
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-də bəzi rəsmilərin İran dronlarının ABŞ sahillərinə çata biləcəyi barədə səsləndirdiyi fikirlərin "yalançı bayraq əməliyyatlarına” zəmin yarada biləcəyini bildirib.

AZXEBER.COM İran mediasına istinadən xəbər verir ki, Bəqayi qeyd edib ki, "yalançı bayraq əməliyyatları” keçmişdə dəfələrlə ABŞ və İsrail tərəfindən istifadə olunan bir üsuldur. Onun sözlərinə görə, ABŞ təhlükəsizlik qurumlarından birinin nümayəndəsinin İran dronlarının ABŞ-nin qərb sahillərinə çata biləcəyini iddia etməsi ciddi suallar doğurur.

XİN sözçüsü vurğulayıb ki, İran dronlarının Fars körfəzi bölgəsindən Kaliforniya sahillərinə qədər təxminən 6500 mil məsafə qət edə bilməsi barədə iddialar həqiqətə uyğun deyil.

Qeyd edək ki, "Yalançı bayraq” — bir hücum və ya təxribatın başqa tərəfin üzərinə atılması üçün həmin tərəfin adına və ya görüntüsündə gizli şəkildə təşkil edilən əməliyyata deyilir.
OXŞAR XƏBƏRLƏR