İran Ərbil hava limanına zərbə endirib

İran Ərbil hava limanına zərbə endirib
DÜNYA
12:38 25.03.2026
158
İran İraqın Ərbil hava limanında ABŞ qüvvələrinin və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirib.

AZXEBER. COM xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

"Bir neçə saat əvvəl İran ordusu davam edən əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və separatçı qruplaşmaların toplanma yerinə "yer-yer" tipli raketlərlə zərbə endirib", - bildirilib.

Bəyanatda qeyd olunub ki, hədəf zonası ABŞ əməliyyatlarının əsas təminat və idarəetmə mərkəzlərindən biri olub və İran tərəfinin iddiasına görə, orada hərbi texnika yerləşirdi.
OXŞAR XƏBƏRLƏR