İran: Ərfan Soltani edam edilməyəcək

İran: Ərfan Soltani edam edilməyəcək
DÜNYA
11:56 15.01.2026
242
İran hökuməti etiraz aksiyaları zamanı saxlanılan 26 yaşlı Ərfan Soltaninin edam cəzasına məhkum edildiyi barədə iddiaları təkzib edib.
 
AZXEBER.COM xarici mərbuata istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminin açıqlamasına əsasən, ona qarşı irəli sürülən ittihamlar təsdiqlənsə belə, edam hökmü tətbiq olunmayacaq.

ABŞ Dövlət Departamentinin farsdilli "X” hesabında Ərfan Soltaninin edam cəzasına məhkum edildiyi barədə məlumat yayılmışdı. Lakin İran mediası rəsmi mənbələrə istinadən bu məlumatın doğru olmadığını bildirib.

Açıqlamada qeyd olunur ki, hazırda Kərəcdəki mərkəzi həbsxanada saxlanılan Soltani "ölkənin daxili təhlükəsizliyinə qarşı sui-qəsd” və "rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları ilə mühakimə olunur. Bununla belə, məhkəmə prosesinin nəticəsindən asılı olmayaraq, onun barəsində ölüm cəzası verilməyəcəyi vurğulanıb.

Ərfan Soltani martın 10-da keçirilən etirazlar zamanı İran polisi tərəfindən saxlanılıb. ABŞ Dövlət Departamenti həmin dövrdə 10 mindən çox iranlının həbs edildiyini bildirərək, Soltaninin edamla üzləşən ilk etirazçı ola biləcəyini iddia etmişdi.

İran tərəfinin son açıqlaması isə bu iddiaları rəsmən rədd edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR