İran Ermənistanla ticarət dövriyyəsini 1 mlrd. dollara çatdıracaq

DÜNYA
10:25 04.02.2013
995
Ermənistanla İran arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatacaq.AZXEBER.COM-un İRNA-ya istinadən verdiyi məlumata görə, bu haqda İranın Şərqi Azərbaycan vilayətinin qubernatoru Əhməd Əlirza Beyqi erməni həmkarı ilə görüşündən sonra açıqlama verib.Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edir. Yaxın gələcəkdə isə bu rəqəmləri iki dəfə artırmağı düşünürük. Əhməd Əlirza Beyqi İranla Ermənistan arasında kənd təsərrüfatı, nəqliyyat, energetika və sənaye sahəsi də daxil olmaqla bütün sahələrdə fəal əməkdaşlıığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR