İran generalı Ermənistan səfiri ilə regional vəziyyəti müzakirə edib

DÜNYA
19:56 07.02.2025
107
İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini briqada generalı Məhəmməd Əhədi Ermənistanın Tehrandakı səfiri Qriqori Akopyanla əməkdaşlıq və regiondakı vəziyyətə dair məsələləri müzakirə ediblər.

Məlumatı İran KİV-i yayıb.

Məlumata görə, görüşdə iranlı general bildirib ki, qonşularla əməkdaşlığın artırılması çərçivəsində İrəvanla əlaqələr Tehran üçün xüsusi əhəmiyyət kəsb edir. O, Ermənistanın ərazi bütövlüyünü dəstəkləməkdə İranın mövqeyini bir daha bəyan edib.

Erməni diplomat da öz növbəsində İslam Respublikası ilə əməkdaşlığın dərinləşdirilməsinin ölkəsi üçün son dərəcə vacib olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR