İran Həcc ziyarətindən imtina etdi – Səudiyyə milyardlar itirəcək

İran Həcc ziyarətindən imtina etdi – Səudiyyə milyardlar itirəcək
SİYASƏT
17:26 07.01.2016
1938
İran Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunması barədə qərar qəbul edib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran höküməti qərar qəbul edib. Bundan əlavə, İran tərəfi Ümrə və Həcc ziyarətlərinin də dayandırılması barədə qərar çıxarıb.
İqtisadçılar isə İranın bu qərarının Rəsmi Ər-Riyada böyük itkilər verəcəyini düşünür.
“Forbes”in məlumatına görə, buna səbəb iranlıların Məkkədə zəvvarlıqdan birdəfəlik imtina etmək ehtimalıdır. Məlum olduğu kimi, hər il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə təxminən 100 min iranlı gedir. Bundan əlavə, daha 500 min iranlı kiçik Həcc (Ümrə) ziyarəti həyata keçirirlər. Bundan əlavə, ölkəyə gələn zəvvarların təxminən 5 faizini iranlılar təşkil edir.
Rəsmi məlumatlara əsasən, təkcə 2014-ci ildə Həcc və Ümrə ziyarətləri Ər-Riyad xəzinəsinə 18,6 milyard dollar xeyir gətirib. Səudiyyə iqtisadçılarının hesablamalarına görə, hər bir xarici zəvvar öz səfəri zamanı təxminən 5 min dollar pul xərcləyir. Belə olan halda, iranlıların Həcc ziyarətindən imtina etmələri Səudiyyə Ərəbistanını 3 milyard dollarlıq gəlirdən məhrum edə bilər.
Onu da bildirək ki, səfirliklərin bağlanmasından sonra iranlıların Səudiyyə Ərəbistanına hansı yolla viza alacaqları məsələsi isə açıq olaraq qalır.
Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin korlanmasına səbəb Səudiyyə Ərəbistanında şiə ilahiyyatçısı Nimr ən-Nimrin edam edilməsi olub. Səudiyyə Ərəbistanı edam edilmə barədə qərar qəbul edilərkən dini ayrı-seçkiliyin olunmadığını, haqlı hökm çıxarıldığını bildirsə də, İran tərəfi bu əməli cinayət adlandırıb. Ardınca iranlı etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr krallığın İranla diplomatik münasibətləri kəsdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib