İran "Hizbullah" lideri üçün beş günlük matəm elan edib

İran "Hizbullah" lideri üçün beş günlük matəm elan edib
DÜNYA
21:00 28.09.2024
230
İran İsrailin hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.

"Report" İran mediasına istinadən xəbər verir ki, matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR